Arxiv
Botanika İnstitutunun gənc tədqiqatçıları NASCO29 konfransında elmi məruzələrlə çıxış ediblər
02.11.2026

AR ETN Botanika İnstitutunun dissertantı Asya Əkbərova və doktorantı Yaqut Malikli Naxçıvan Dövlət Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransında (NASCO29) iştirak ediblər.

Konfransda Yaqut Malikli “Şoranlaşmış və ağır metallarla çirklənmiş torpaqların fitoremediasiya və yosun texnologiyaları ilə bərpası” mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatda torpaq deqradasiyası və ağır metal çirklənməsinin aradan qaldırılmasında bitki və yosun əsaslı biotexnoloji yanaşmaların tətbiq perspektivləri diqqətə çatdırılıb.

Asya Əkbərova isə “Taxonomic Revision of the Genus Ephedra Tourn. ex L. (Ephedraceae) in Azerbaijan: Taxonomy, Morphology and Distribution” adlı məruzə ilə çıxış edərək Azərbaycan florasında Ephedra cinsinin taksonomik tərkibi, morfoloji xüsusiyyətləri və coğrafi yayılması üzrə tədqiqat nəticələrini təqdim edib.

Məruzələr konfrans iştirakçılarının marağına səbəb olub, təqdim olunan tədqiqatlar ətrafında elmi müzakirələr aparılıb.

Sonda Botanika İnstitutunun əməkdaşları sertifikatla təltif olunublar.