Arxiv
Botanika İnstitutunun alimləri Cyperaceae Juss. fəsiləsinin iqlim dəyişikliklərinə reaksiyasını araşdırıblar
04.11.2026

AR ETN Botanika İnstitutunun alimlərinin həmmüəllifi olduqları “İqlim amillərinin təsiri altında Cyperaceae Juss. fəsiləsinin məkan üzrə yayılması və GIS, məsafədən zondlama texnologiyaları vasitəsilə ekocoğrafi təhlili” (Climate-driven spatial distribution and ecogeographical analysis of Cyperaceae using GIS and remote sensing) adlı məqalə nüfuzlu “Biodiversity Data Journal” beynəlxalq elmi jurnalında dərc olunub.

Tədqiqat işi Cyperaceae Juss. fəsiləsinin Azərbaycan ərazisində  ekocoğrafi yayılması, landşaft müxtəlifliyi və iqlim amillərinin təsiri altında formalaşan bitki birliklərində baş verən dinamik dəyişikliklərin RS (Yerin Məsafədən Zondlaması) və SDA (Məkan Məlumatlarının Analizi) vasitəsilə öyrənilməsinə həsr edilmişdir.

Qeyd edək ki, “Biodiversity Data Journal” resenziyalı, açıq girişli beynəlxalq elmi jurnaldır və Scopus, Web of Science daxil olmaqla beynəlxalq elmi məlumat bazalarında indekslənir.  

Məqalə ilə ətraflı tanış olmaq üçün:

https://bdj.pensoft.net/article/194618/