Arxiv
Botanika İnstitutunda doktorant və dissertantların illik attestasiyası keçirilib
05.11.2026

AR ETN Botanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantların 2025-2026-cı tədris ili üçün attestasiyası keçirilmişdir.

Attestasiya Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayevanın sədrliyi ilə baş tutub. İclasda komissiya üzvləri, fəlsəfə doktoru proqramı üzrə təhsil alan 15 doktorant, 2 dissertant və onların elmi rəhbərləri iştirak ediblər.

Komissiya üzvləri doktorant və dissertantların dissertasiya işlərinin ümumi gedişatı ilə yaxından tanış olub, elmi işlərin icrası zamanı qarşıya çıxan mövcud problemləri geniş müzakirə ediblər. Gənc tədqiqatçıların elmi işlərinin tamamlanması prosesinin sürətləndirilməsi məqsədilə komissiya tərəfindən zəruri tövsiyə və tapşırıqlar verilib.

Sonda Attestasiya Komissiyasının qərarı ilə  fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirmiş doktorant və dissertantlar növbəti təhsil ilinə keçirilmişdir.