Biologiya elmləri doktoru, dosent, Botanika İnstitutunun baş elmi işçisi Ədilə Novruz qızı Ələsgərova uzun illər davam edən əmək fəaliyyətini başa vurub.
1949-cu ildə Füzuli rayonunda anadan olan alim Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirdikdən sonra əmək fəaliyyətinə Botanika İnstitutunda başlayıb və 2026-cı ilədək burada çalışıb.
Elmi fəaliyyətini əsasən Azərbaycanda yovşan cinsinə aid bitkilərin tədqiqinə həsr edən Ə. Ələsgərovanın 200-dən çox elmi məqaləsi, bir monoqrafiyası, üç kitabı və tibb sahəsində üç patenti var. O, həmçinin bir elmlər doktorunun və iki fəlsəfə doktorunun hazırlanmasına elmi rəhbərlik edib. Alim elmi fəaliyyətinə görə 2015 və 2019-cu illərdə AMEA-nın Biologiya və Tibb Bölməsinin Fəxri fərmanları ilə təltif olunub.
Botanika İnstitutu Ədilə Novruz qızına uzunillik zəhmətinə, elmi fəaliyyətinə və institutun inkişafına verdiyi töhfələrə görə təşəkkür edir, ona möhkəm cansağlığı, xoş günlər və uğurlar arzulayırıq.