AR ETN Botanika İnstitutunda laboratoriyaların 2026-cı il üzrə elmi fəaliyyətinin qiymətləndirilməsi Keyfiyyət Göstəriciləri Sistemi (KPI – Key Performance Indicator) əsasında həyata keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş “Elmi müəssisələrin struktur-bölmələrinin funksiyaları” sənədinə əsasən, Strateji inkişaf, monitorinq və qiymətləndirmə sektoru tərəfindən aparılan qiymətləndirmə elmi nəşrlər, layihələr, elmi göstəricilər, patent və innovasiya fəaliyyəti, akademik aktivlik, tədris və kadr hazırlığı üzrə həyata keçirilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, 2026-cı ildə institut əməkdaşlarının müəllifliyi ilə beynəlxalq elmi bazalarda (WOS, Scopus və s.) indekslənən 17-si Q1 və Q2, 27-si isə Q3, Q4 kvartilli olmaqla, ümumilikdə 44 məqalə dərc olunub. Həmçinin, əməkdaşlar 2 beynəlxalq və yerli elmi layihədə iştirak edib, 8 patent əldə edilib.
Ümumi nəticələrə görə, laboratoriyarın fəaliyyəti “zəif”, “kafi” və “əla” qiymətləndirilib.