Təşkilatın əsas fəaliyyət istiqaməti:

I. Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının qiymətləndirilməsi, mühafizəsi və səmərəli istifadəsi, məlumat bazaları və interaktiv xəritələrinin hazırlanması

Problem:

1. Bitkilərin biomüxtəlifliyinin müasir vəziyyəti və dinamikasının qiymətləndirilməsi, ehtiyatların üzə çıxarılması və səmərəli istifadəsi

Mövzular:

Azərbaycan florasına daxil olan bitki taksonlarının sistematik, floristik, morfoloji filogenetik və digər metodlarla tədqiqi, biomüxtəlifliyin müasir vəziyyətinin qiymətləndirilməsi, respublikanın qərb rayonlarının, meşə ekosistemlərinin öyrənilməsi.

Azərbaycanın yosunlarının, şibyələrinin və mamırlarının növ tərkibinin və bioekologiyasının təhlili

Azərbaycanda Primulales, Plumbaginales, Gentianales, Convolvulales, Ericales, Scrophulariales sıralarının bitki müxtəlifliyinin tədqiqi  və məlumat siyahısının hazırlanması.

Azərbaycanın Qusar rayonunun bitkilərlə assosiasiyada olan göbələklərinin müxtəlifliyinin tədqiqi və məlumat siyahısının hazırlanması

Azərbaycan florasında biomüxtəlifliyin davamlı isifadəsi üçün ənənəvi resursların ethnobotaniki tədqiqi, biliklərin ”yaşıl iqtisadiyyat”a keçidinin təmin edilməsi və qorunması işlərinin icrasında yerli icmalarla birgə idarəçiliyin inkişaf etdirilməsi

Böyük Qafqazın Quba sahəsinin meşə ekosistemlərinin qiymətləndirilməsi, biomüxtəlifliyinin müasir vəziyyətinin və davamlığının öyrənilməsi

Azərbaycan florasında yayılmış Asteraceae, Lamiaceae, Plymbaginaceae, Polygonaceae, Apiaceae, Solanaceae fəsilələrinin bəzi növlərinin kimyəvi tərkibi, yayılması, ehtiyatı və onlardan bioloji fəal və qida əlavələrinin alınma texnologiyasının hazırlanması və məlumat bazasının yaradılması

Təşkilatın əsas fəaliyyət istiqaməti:

II. Bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, canlı orqanizmlərin genom və proteom səviyyəsində tədqiqi, yeni biotexnologiyaların yaradılması

Problem:

2. Stres və orqanizmlərin yaşadıqları mühit dəyişikliklərinə adaptasiya mexanizmlərinin biokimyəvi, hüceyrə və orqanizm səviyyəsində aydınlaşdırılması, kənd təsərrüfatı əhəmiyyətli bitkilərin məhsuldarlığının yüksəldilməsi

Mövzular:

Bitkilərin müxtəlif stress faktorlara kompleks davamlılıq mexanizmlərinin tədqiqi

Abiotik faktorların təsiri nəticəsində fotosintetik membranın enerji əmələ gətirən sistemlərinin tədqiqi

Membranlara həssas olan makrolakton birləşmələrin fiziki-kimyəvi xüsüsiyyətləri və tənzimedici mexanizminin tədqiqi

İqlim dəyişikliyi şəraitində yarımquraq ərazilərdə abiotik amillərin qida əhəmiyyətli yem bitkilərinin inkişafına təsirinin öyrənilməsi