Tutayuq Validə Xasbulat qızı 1914-cü il  sentyabrın 23-də Şuşa şəhərində anadan olmuşdur. O, S.Ağamalı adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik fakultəsini bitirib (1934).  V.Tutayuq namizədlik (1939), doktorluq (1949) dissertasiyalarını müdafiə edib. Azərbaycan SSR EA müxbir üzvü (1958) və həqiqi üzvü (1969) seçilmişdir.
     V.Tutayuq S.Ağamalı adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Botanika kafedrasının müdiri (1939-1957), elmi işlər üzrə direktor müavini (1954-1957) olub. 1957-1962-ci illərdə AEA L.Komarov adına Botanika İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1958-1974-cü illərdə V.L.Komarov adına Botanika İnstitutunda laboratoriyaya başçılıq etmişdir. 1962-1980-cı illərdədə S.Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun botanika və seleksiya kafedrasının müdiri olmuşdur.
     Validə xanımın elmi fəaliyyətinin ən məhsuldar vaxtı 1957-1962-ci illərdə AEA Botanika İnstitutunun rəhbərlik dövrdə olmuşdur. ”Azərbaycan florasınin” 7-ci və 8-cı cildlərinin çap edilməklə  3 il müddətinə  bu nəşr tamamlanmış oldu. Bunun ilə yanaşi diqər alimlər ilə birlikdə  “Azərbaycanın ağac və kolları” iki cilddə çap edilmişdir. “Qafkazın dendroloqiyası” çox cildliyin  5 və 6  cildləri yazan müəllliflərdən biri olmuşdur.
     V.Tutayuq biologiya elminin inkişafı tarixində böyük xidmətləri olan çox profilli biliyə malik alim oımuşdur. O, anatomiyaya dair tədqiqatları ilə Azərbaycanda bitki anatomiyasının əsasını qoymuşdur. V.Tutayuqun elmi fəaliyyəti əsas  etibarilə iki istiqamətdə inkişaf edir: geniş profilli morfoloq  və dendroloq bəzək bağçılığı və yaşıllaşdırma sahəsində mütəxəssis kimi tanınmışdır. O, müxtəlif örtülütoxumlularda çiçəyin normal və qeyri-normal quruluşunu öyrənmək sahəsində tədqiqatların nəticəsi olan “Çoxləçəkli çiçəklərin quruluşu” monoqrafiyası (1960) çiçəyin mənşəyinin öyrənilməsində bir sıra prinsipal nəzəri məsələlərin aydınlaşdırılması mühüm rol oynamışdır. Bu tədqiqatlar nəzəri əhəmiyyəti ilə yanaşı mühüm təcrübi əhəmiyyəti də vardır. Çoxləçəkliliyin əmələ gəlməsi qanunauyğunluqlarını bilmək seleksiya və bəzən bağçılıqda yeni çoxləçəkli çiçək formalarının alınmasına imkan verir. Bu sahədə aparılan tədqiqatların nəzəri təhlili “Örtülütoxumluların mənşəyinə dair” (1965) və “Çiçəyin teratologiyası” (1969) monoqrafiyalarında öz əksini tapmışdır. Onun “Bitki anatomiyası və morfologiyası” (1958; 1967), “Bitki anatomiyası və fiziologiyası” (1960) dərs vəsaitləri indi də istifadə edilir.
     Validə xanımın elmi fəaliyyətinin ən məhsuldar vaxtı 1957-1962-ci illərdə AEA Botanika İnstitutuna rəhbərlik etdiyi dövrlərdə olmuşdur. O, “Azərbaycan florasının” 7-ci və 8-ci cildlərini 3 il müddətində  tamamlamışdır. Bununla yanaşı digər alimlər ilə birlikdə müəllifi olduğu “Azərbaycanın ağac və kolları”  adlı kitabı 2 cilddə çap edilmişdir. Bu müddət ərzində V.Tutayuq Nəbatat bağının kolleksiyasının zənginləşdirilməsində böyük xidmət göstərmişdirAlim 130 elmi əsərin, o cümlədən 4 dərslik və 6 monoqrafiyanın müəllifidir.
       Onun rəhbərliyi altında 20-dən çox elmlər namizədi və 3 elmlər doktoru hazırlanıb.
     V.Tutayuq dəfələrlə Gəncə və Bakı Şəhər Soveti İcrayə Komitəsinin deputatı, Azərbaycan KP-nın 4 qurultayın nümayəndəsi və XXI, XXII qurultayda Azərbaycan KP MK üzvü seçilib.
     O, “Şərəf nişanı” ordeni (1943), “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədəkar əməyinə görə” medalı (1945), SSRİ Ali Təhsil Nazirliyinin qərarı ilə “B.Miçurinin anadan olmasının 100 illiyi xatirəsinə” yubiley medalı (1955), Respublikanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Fəxri fərmanla (1960) təltif edilmiş, “Əməkdar elm xadimi” adına (1974) layiq görülmüşdür.
       V.Tutayuq 1980-cı ildə vəfat edib.