Arxiv
AMEA Botanika İnstitutunda ulu öndər Heydər Əliyevin doğum günü qeyd olunub
11.05.2017

     Bu gün AMEA  Botanika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirib.
Tədbirdə İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov qeyd edib ki, Azərbaycanın qədim və zəngin dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin özünəməxsus yeri var. Ümummilli Lider Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızı keçmiş SSRİ-də geridə qalmış aqrar ölkədən ən qabaqcıl yerlərə çıxardı. Dahi rəhbər hələ sovet dövründə ölkəmizin idarə olunmasında azərbaycanlı kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırırdı. O, siyası fəaliyyəti dövründə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət edib, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışıb. Müstəqilliyinin ilk illərində parçalanma təhlükəsi ilə Azərbaycanı  üzləşən ulu öndər xilas edərək dinamik inkişaf yoluna çıxardı. Heydər Əliyevin adı bu gün Azərbaycan xalqının rəmzinə çevrilib.
     Botanika İnstitutun Azad Həmkarlar Təşkilatının sədri, b.ü.f.d. Oktay Mirzəyev, b.e.d. Mayis Qasımov, Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov, doktorant Tural Qasımov və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycanda tarixi rolu və xidmətləri, apardığı ardıcıl və məqsədyönlü siyasəti haqqında danışıblar.
     Sonda ümummilli lider H.Əliyevin həyatından bəhs edən vido-çarx nümayiş olundu.