Arxiv
ABŞ-ın Botanika Bağları Cəmiyyəti və AMEA Botanika İnstitutu birgə əməkdaşlıq edəcək
13.09.2017

     Cari ilin sentyabrın 11-də AMEA Botanika İnstitutunda ABŞ-ın aparıcı Botanika bağlarının təmsil olunduğu Botanika Bağları Cəmiyyətinin (BBC) nümayəndələri ilə görüş keçirildi.

     Görüşdə BBC-nin aparıcı kuratorları Peter Zale (Longwood Bağları), Vincent Marrocco (Morris Arboretum), Phil Douglas (Çikaqo Botanika Bağı), Matt Lobdell (Morris Arboretum Bağı), Henrik Sjoman (Gothenburg Botanika Bağları) və Botanika İnstitutunun alimləri iştirak etdi.

    Tədbirin məqsədi avqustun 8-də bağlanmış ikitərəfli memorandum çərçivəsində Azərbaycanın yabanı florasının öyrənilməsi üçün tədqiqatlar və təlimlərə yönəldilən müasir fəaliyyət istiqamətlərinin müzakirəsi idi.

    Qeyd edək ki, BBC-in kordinatoru,  Dr. Andrey Bunting və AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə tərəfindən imzalanmış Razılaşma memorandumu botanika elminin gələcək inkişafı üçün geniş imkanlar açacaq.