29 sentyabr 2021-ci il tarixində saat 11:00-da AMEA-nın Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.26 Dissertasiya Şurasının iclasında AMEA Dendralogiya İnstitutunun doktorantı Elnarə Xanhüseyn qızı Salahovanın 2417.01 – “Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Zirinc cinsinin (Berberis L.) bəzi növlərinin bioekoloji xüsusiyyətləri və yaşıllaşdırmada tətbiqi” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir. Müzakirəyə qoşulmaq üçün link aşağıda veriləcək.