23 dekabr 2022-ci il tarixində saat 14:00-da dissertasiya işinin müdafiəsi
20 Dekabr 2022

23 dekabr 2022-ci il, saat 14:00-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən BED 2.31 Birdəfəlik Dissertasiya şurasının iclasında AR ETN Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin sabiq doktorantı Gülnar Hacıbəy qızı Sultanovanın 2406.01 - "Biofizika" ixtisasında biologiya elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Ultrasəs dalğalarının və makrolakton birləşmələrin hüceyrə və lipid membranların davamlılığı və keçiriciliyinə təsir mexanizmləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Elmi məsləhətçi: biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Xəlil Məmmədəli oğlu Qasımov

İclas Bakı Dövlət Universiteti, əsas bina, IV mərtəbə, elmi kitabxanada keçiriləcək.

İclasa aşağıdakı link vasitəsi ilə Microsoft Teams platforması üzərindən onlayn qaydada qoşulmaq mümkündür:

https://teams.microsoft.com/l/meetup-join/19%3aUeQcC0P-045CzWTpFKeaY_ZwDIgvmuP6_a4zzD1ghsI1%40thread.tacv2/1669199625152?context=%7b%22Tid%22%3a%22a43125d1-0f89-4fa4-99ab-5474c89fdd42%22%2c%22Oid%22%3a%22fce8e4db-6739-4c86-90f6-3343535259cd%22%7d

Arzu edənlər iştirak edə bilərlər.