23 dekabr 2022-ci il tarixində saat 11:00-da AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının bazasında yaradılmış BFD 1.26 Birdəfəlik Dissertasiya şurasının iclasında Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı Elnarə Əliş qızı Hüseynovanın 2411.02 – "Bitki fiziologiyası" və 2409.01 – "Genetika" ixtisaslarında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Azərbaycanın qərb bölgəsində buğdanın məhsuldarlığının yüksəldilməsinin fizioloji-genetik xüsusiyyətləri" mövzusunda dissertasiya işinin müdafiəsi olacaqdır.
İclas Botanika İnstitutunun seminar zalında keçiriləcək.
Avtoreferat Azərbaycan dilində --- Avtoreferat İngilis dilində