07 iyun 2023-cü il tarixində saat 11:00-da AR ETN Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.26 Dissertasiya şurasında Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı Günay Mübariz qızı Nəsibovanın 2417.01-“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Bozqır yaylasının paxlalı bitkilərinin bioekoloji-fitosenoloji xüsusiyyətləri və istifadə perspektivləri” mövzusunda dissertasiya işinin müdafiəsi olacaq.
Müdafiə Botanika İnstitutunun seminar zalında keçiriləcək.
Avtoreferat azərbaycan dilində - Avtoreferat ingilis dilində