14 iyun 2023-cü il tarixində saat 14:00-da AR ETN Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.26 Dissertasiya şurasında Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı Lalə Zeynalabdın qızı Qurbanovanın 2417.01-“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Kiçik Qafqaz (Azərbaycan daxilində) botaniki-coğrafi rayonlarında yayılan yabanı tərəvəzlərin bioekoloji xüsusiyyətləri və resurs potensialı” mövzusunda dissertasiya işinin müdafiəsi olacaq.
Müdafiə Botanika İnstitutunun seminar zalında keçiriləcək.
İclasa aşağıdakı link vasitəsi ilə Microsoft Teams platforması üzərindən onlayn qaydada qoşulmaq mümkündür:
Avtoreferat azərbaycan dilində - Avtoreferat ingilis dilində