29 sentyabr 2023-cü il tarixində saat 14:00-da AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi Seminarın iclasında AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun dissertantı Coşğun İsrafil oğlu Məmmədovun 2432.01 -“Bioloji ehtiyatlar” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Şəki-Zaqatala bölgəsində armud (Pyrus L.) bitkisinin xalq seleksiyası nümunələrinin və onların yabanı əcdadlarının toplanması, tədqiqi və istifadəsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi Botanika İnstitutunun seminar zalında keçiriləcəkdir.