27 oktyabr 2023-cü il tarixində saat 11:00-da AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının iclasında İnstitutun dissertantı Aygün Novruz qızı Zeynalovanın 2417.01-“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan florasında Acıçiçək (Gentiana L.) cinsinin sistematikası və bioekoloji xüsusiyyətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiə iclası
Müdafiə Botanika İnstitutunun seminar zalında keçiriləcək.