25 yanvar 2024-cü il tarixində saat 11:00-da Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri, b.ü.f.d. Aydan Hüsüyeva və gənc mütəxəssis Emin Hüsüyevin “Botanika İnstitutunun texniki bazasının gücləndirilməsi məqsədilə Sankt-Peterburq Dövlət Universitetinin Elmi Park modelinin öyrənilməsi”, institutun Alqologiya və lixenobriologiya laboratoriyasının elmi işçisi Aytac Muradovanın “Ulva compressa növündən gümüş nanohissəciklərin (AgNP) alınması və biokimyəvi xüsusiyyətləri” adlı elmi seminarı keçiriləcək. Maraqlananlar iştirak edə bilər.