23 fevral 2024-cü il tarixində saat 10:00-da AR ETN Botanika İnstitutunda “Mikologiya və ibtidai bitkilərin sistematikası” şöbəsinin kiçik elmi işçisi Elgün Mustafabəylinin 2430.01 – Mikologiya ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanın Şəki rayonunun papaqlı göbələklərinin müxtəlifliyi və bioekoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.