01 aprel 2024-cü il tarixində saat 10:00-da AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi Seminarın iclasında Dendrologiya İnstitutunun dissertantı Vüsalə Nəriman qızı Bədəlovanın 2417.01 -“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “PASSİFLORA L. CİNSİNƏ AİD BƏZİ NÖVLƏRİN ABŞERONDA İNTRODUKSİYASI, BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ FİTOKİMYƏVİ TƏDQİQİ” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.