17 may 2024- cü il tarixində saat 11:00-da AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının iclasında institutun dissertantı Sevda İsmayıl qızı İbrahimovanın “Azərbaycan florasının Artemisia L. cinsinin bəzi növlərinin bioloji fəal maddələrinin və bioekoloji xüsusiyyətlərinin tədqiqi” mövzusunda 2417.01-“Botanika” ixtisasında Biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiə iclası keçiriləcəkdir.