16 may 2024-cü il tarixində saat 10:00-da AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi Seminarın iclasında AR ETN Dendrologiya İnstitutunun dissertantı Pərvin Səfər qızı Əsgərovanın 2417.01 -“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün «Magnoliaceae Juss. fəsiləsindən Magnolia L. və Liriodendron L. cinsinə aid bəzi növlərin Abşeron şəraitində introduksiyası və iqlimləşdirilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.