| Fəaliyyət istiqamətləri | - Abşeronun park və bağlarında, Azərbaycanın müxtəlif regionlarının mədəni dendroflorasında dekorativ ağac, kol və ot bitkilərinin taksonomik tərkibi, mənşəyi, bioloji xüsusiyyətləri, bitkilərin kompozisiyalarda bioloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması, kompozisiyaların müntəzəm (həndəsi formalı) və landşaft və ya təbii (orijinal formalı) üslublarda tərtibatının öyrənilməsi.
- Müxtəlif əkinlərdə (bordür, tək əkin, qrup əkini, canlı hasar, çiçək ləki, alpinari və s.) bitkilərin istifadə perspektivliyinin öyrənilməsi, perspektivli bitkilərin seçilərək landşaft dizaynına, yaşıllaşdırmaya tövsiyə edilməsi.
- Xarici ölkələrdən və yerli floradan dekorativ ağac, kol və ot bitkilərinin toxum, qələm, şitil, soğanaq, kök yumrusu ilə Abşeron şəraitinə introduksiyası.
- İntroduksiyası edilən bitkilərin bioloji xüsusiyyətləri və iqlimləşdirilməsinin öyrənilməsi.
- Laboratoriyanın nəzdində dekorativ bağçılığa aid kitablar, məqalələrin nəşr etdirilməsi.
|
| Elmi nəticələri | - 2019-2025-ci il tarixlərdə Bakı ş. Dənizkənarı Milli Parkında - 51 fəsilə, 78 cins, 97 növ, Filarmoniya Bağında - 34 fəsilə, 45 cins, 55 növ, Səməd Vurğun Bağında;
- 23 fəsilə, 32 cins, 35 növ, Xaqani Parkında - 29 fəsilə, 41 cins, 46 növ, Güllər Parkında - 21 fəsilə, 29 cins, 37 növ, Sahil Bağında - 16 fəsilə, 26 cins, 28 növ, Sabir Bağında – 32 fəsilə, 42 cins, 50 növ, Nizami Bağında - 21 fəsilə, 30 cins, 35 növ, Xətai rayonu Heydər Parkında -41 fəsilə, 72 cins, 100 növ, Çəmbərəkənd Parkında;
- 33 fəsilə, 58 cins, 65 növə aid dekorativ ağac, kol və ot bitkilərinin herbariləri toplanılaraq, fotoşəkilləri çəkilərək taksonomik tərkibi, mənşəyi, bioloji xüsusiyyətləri, bitkilərin kompozisiyalarda bioloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması, kompozisiyaların tərtibatı, dekorativ ağac və kol bitkilərinin budanma formaları, kiçik memarlıq formalarının istifadə qaydaları, yapon bağının tərtibatı öyrənilmiş, perspektivli bitkilər seçilərək landşaft dizaynına, yaşıllaşdırmaya tövsiyə edilmişdir;
- Azərbaycanın müxtəlif regionlarının park və bağlarında (Göygöl Milli Parkı, Lənkəran – Astara bölgəsi, Balakən, Qazax, Şəmkir, Qəbələ, Şamaxı rayonları) dekorativ ağac, kol və ot bitkilərinin taksonomik tərkibi, mənşəyi, bioloji xüsusiyyətləri, kompozisiyaların tərtibatı öyrənilmişdir;
- Laboratoriyanın nəzdində dekorativ bağçılığa aid kitablar, məqalələr nəşr etdirilmişdir.
|