| Fəaliyyət istiqamətləri | - Bitkiliyin transformasiyası, ekologiyası və xəritələndirilməsi laboratoriyası bitki örtüyünün strukturunu, fitosenozların formalaşma mexanizmlərini və ekosistemlərin növ tərkibinin dəyişmə qanunauyğunluqlarını öyrənir, bu proseslərin statistik və ekoloji modelləşdirilməsini həyata keçirir.
- Laboratoriya qlobal və regional iqlim dəyişmələri şəraitində bitki birliklərinin potensial floristik tərkibini modelləşdirir, iqlim ssenariləri əsasında növlərin yayılma areallarının dəyişmə istiqamətlərini müəyyən edir və risk altında olan bitki birliklərini qiymətləndirir.
- Laboratoriya fitosenozların landşaft səviyyəsində struktur təşkilini, məkan və zaman üzrə dəyişkənliyini, ekoton zonalarının formalaşma xüsusiyyətlərini araşdırır.
- Laboratoriya fitosenozların CİS əsaslı məlumat bazalarını yaradır, geobotaniki və geobotaniki-landşaft xəritələrinin hazırlanması metodikasını işləyib hazırlayır, bitki örtüyünün tematik, ekoloji, dinamik və proqnoz xarakterli xəritələrini tərtib edir.
- Laboratoriya ekosistemlərin landşaft strukturunu, biotik və abiotik komponentlərin qarşılıqlı əlaqəsini, ekosistemlərin funksional zonalaşmasını və ekoloji dayanıqlıq səviyyəsini öyrənir.
- Laboratoriya temperatur, yağıntı və digər iqlim göstəricilərinin dəyişməsi fonunda bitki birliklərinin klimatogen dinamikasını, uzunmüddətli ekoloji tendensiyaları və adaptasiya mexanizmlərini təhlil edir.
- Laboratoriya torpaq, relyef, hidroloji, iqlim və antropogen faktorların bitki birliklərinə təsirini qiymətləndirir, ekoloji stress amillərini və deqradasiya proseslərini müəyyən edir.
- Laboratoriya flora növlərinin CİS əsasında yayılma areallarını müəyyən edir, onların ekoloji kateqoriya və qorunma statuslarını qiymətləndirir, nadir, endemik və relikt növlər üçün prioritet mühafizə ərazilərinin elmi əsaslandırılmasını aparır.
|
| Elmi nəticələri | Laboratoriyada aparılmış kompleks taksonomik, ekoloji və CİS əsaslı tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, klassik və müasir yanaşmalara əsasən bəzi cinslərin Cyperus və Carex tərkibinə daxil edilməsi ilə Azərbaycan florasında Cyperaceae fəsiləsinə aid 14 cins üzrə 115 takson formalaşmış, onların əksəriyyətinin mezofit və heleofit ekoloji xüsusiyyətlərə malik olduğu, ölkənin 11 landşaft tipindən 8-də geniş yayıldığı və əsasən Kür-Araz ovalığı, Lənkəran və Naxçıvan bölgələrində cəmləşdiyi müəyyən edilmiş, həmçinin ArcGIS Pro və WorldClim verilənləri əsasında 2020–2024-cü illər üzrə iqlim göstəricilərində temperatur artımı dinamikası aşkar olunmuşdur ki, bu da növlərin yayılmasına təsir edən mühüm ekoloji amil kimi qiymətləndirilmişdir. |