Əsas elmi nəticələri | Regionlarda etnobotaniki tədqiqatlr aparılmışdır (xüsusən, Naxçıvan MR, Kiçik Qafqazın şimali-şərq rayonları və Azərbaycanın cənub əraziləri). Faydalı bitkilər təsnifləşdirilmiş, bəzi nadir növlər, eləcə də daha çox əhali tərəfindən istifadə edilən bitkilərin populyasiyalarında fitosenoloji qiymətləndirilmələr aparılmışdır. Naxçıvan Muxtar Respublika florasında geniş istifadə edilən 46 fəsilədə birləşən 145 cinsə aid 202 yabanı tərəvəz bitkisinin yayıldığı müəyyən edilmişdir. Azərbaycan florasında Apiaceae (Çətirkimilər) fəsiləsinə aid 108 növün istifadə imkanlarının təsnifatı işlənilmişdir. Ədviyyəli növlərin ekstraktının və efir yağlarının istifadəsinin müxtəlif tətbiq sahələri təqdim olunmuşdur ki, bu da işin əsas nəticəsi kimi, dərman bitkilərinin istehsalının genişləndirilməsinə töhvə verə bilər, bu barədə AMEA Yüksək Texnalogiyalar Parkına təkliflər təqdim edilmişdir. Faydalı bitkilərin yayılma və istifadə tezliyi araşdırılmış ehtiyatı öyrənilmiş və onlardan bir xammal bazası kimi istifadə edilməsi tövsiyə olunmuşdur (Məsələn, Daucus carota 2,3-8,1 ekz./m2; yerüstü 75-402,7 kq/ha; yeraltı 17,3-62,4 kq/ha; populyasiyalar D=0,08-0,28;w=0,21-0, 64; ehtiyatı hektara yerüstü hissə 402,7 kq). Azərbaycanın Qırmızı kitabının 2-ci nəşrinə 36 oçerk yazılmışdır. Əsas nəticələrdən biri də qida məqsədilə istifadə edilən geofitlərin təbii populyasiyalarında kəskin azalma qeydə alınmış və populyasiyalar Beynəlxalq qırmızı siyahıya uyğun qiymətləndirilmişdir: (məsələn, Allium akaka EN/B1ad(ii);C1, A.woronovii NT və Eremurus spectabilis CR/B1ab(v);B2ab(iv), Azərbaycanın qırmızı kitabının 3-cü nəşrinə 28 növün daxil edilməsi təsdiq edilmişdir. İlk dəfə olaraq Naxçıvan MR florasından Viscum album L. növünün yeni arealı, Azərbaycan və Qafqaz üçün yeni Thymus hyemalis Lange və Helosciadium nodiflorum (L.) W.D.J.Koch növləri aşkar edilmişdir. Etnobotaniki sorğular zamanı bitkilərin istifadəsi barədə məlumatlar toplanılmış, 11 parametr üzrə yeni metodlarla qiymətləndirilmişdir. İnvertarlaşdırılma üçün yeni proqram hazırlanmış və hər bir bitki barədə bütün parametrlərə uyğun məlumatlar daxil edilir (Exeldə). İlk dəfə olaraq Azərbaycan florasında dərman əhəmiyyətli növlər etnobotaniki yollarla araşdırılmış, ürək-damar, qara ciyər-öd yolları xəstəliklərinin müalicəsində istifadə edilən 43 növün, dəri xəstəliklərində 25 növün bioekoloji xüsusiyyətləri və istifadə ilmkanları aşkarlanmış, o cümlədən 300-dən çox bitkinin müxtəlif xəstəliklərin müalicəsində istifadə edildiyi məlum olmuşdur. İlk dəfə olaraq kimyəvi-farmaseptik sənayedə exinaçeya yerüstü hissəsi, dazı otu, biyan kökü, itburnu meyvəsi, zəncəfil kökü, rozmarin otu və kasnı kökünün 1:1 nisbətində immunbərpaedici fitoçayı hazırlanmış və onun tablet, kapsul, paket-çay və 1:2 nisbətində şəkər əlavə edilməklə sirop şəklində istehsalına Avro-Asiya patenti alınmışdır. Pandemiya dövründə Azərbaycan florasında immunbərpaedici xüsusiyyətinə görə btkilərin istifadə tezliyi (Ui) və İQ (istifadə qiymətləndirilməsi) yeni metodlarla qiymətləndirilmiş məlumatların ümumi sayında (Ni) immunbərpaedicilərin nisbəti Allium sp. və Thymus sp. (0,90- 0.88) daha yüksək nümayiş etdirmişdir. Sonrakı yerləri Rosa sp. 0,83 İQ, Salvia limbata (0.81), Altheae officinalis (0.80), Glycyrrhiza glabra (0,78), Mathricaria sp. (0.77), Mentha sp. (0,6), Humulus lupulus (0,74), Daucus carota, Urtica dioica və Asparagus officinalis (0.10) ən aşağı İQ göstərdi və Sambucus nigra (0.15), Helichrysum plicatum (0.15), Rumex sp. (0.18), Capsella burssa pastoris (0.21) və Sitrus növlərində isə (0.27) olmuşdur. Toplanılan materiallar elmi təbabətlə müqaisə edilərək 150-dən çox dərman bitkisinin resepti hazırlanmış və laboratoriyanın fəaliyyət müddətində 59-u İF olan 150 elmi məqalə və 11 kitab işıq üzü görmüşdü ki bunlardan 3-ü Springer nəşrindir. |