Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə Türkiyənin Antalya şəhərində ezamiyyətdə olub.
Validə Əlizadə UNEP, UNESCO, FAO və UNDP-in himayəsi altında yaradılmış Avropa və Mərkəzi Asiya üçün Biomüxtəliflik və Ekosistem üzrə Hökumətlərarası Elmi-Siyasi Platforma (IPBES) tərəfindən regional qiymətləndirmə çərçivəsində keçiriləcək sənədləşmə işlərinin aparılması üzrə növbəti işçi toplantısında aparıcı ekspert kimi iştirak edib.
Bu fəaliyyətin məqsədi regional və subregional səviyyələrdə biomüxtəliflik, ekosistem funksiyaları və ekosistem xidmətləri sahəsində elm-siyasət qarşılıqlı əlaqəsini gücləndirməkdən ibarətdir. Qiymətləndirilmələr, potensial kritik nöqtələr, əks-əlaqə və uzlaşmanın vurğulanması yolu daxil olmaqla insan və təbiət arasında qarşılıqlı münasibətə dair keçmiş, indiki və gələcək bilik vəziyyəti təhlil etməyə imkan verəcəkdir.
Qeyd edək ki, V. Əlizadə Avropa və Mərkəzi Asiya regionları üçün biomüxtəliflik və ekosistem xidmətlərinin qiymətləndirilməsi üzrə 3 il müddətində (2015-2017) IPBES-in aparıcı eksperti kimi fəaliyyət göstərəcəkdir.