Arxiv
İnstitutda maarifləndirici seminar keçirildi
13.02.2017

   AMEA Botanika İnstitutunda “Herbari materiallarının toplanması və identifikasiyası” mövzusunda maarifləndirici seminar keçirildi. İnstitutun Gənc Alim və Mütəxəssislər şurasının illik fəaliyyət planına uyğun olaraq təşkil olunmuş seminarda Herbari laboratoriyasının müdiri, b.ü.f.d. Pərvanə Qaraxani ekspedisiyaların təşkili və təhlükəsizlik qaydaları, bitki müxtəlifliyinin qorunması, herbarilərin toplanması, qurudulması və hazırlanması haqqında geniş məlumat verdi. Sonda gənc mütəxəssisləri maraqlandıran suallar cavablandırıldı, mövzu ətrafında müzakirələr aparıldı.