AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əli-zadə, İnstitutun baş elmi işçisi, a.ü.f.d. Əmrah Məmmədov və gənc mütəxəssisi Xatirə Qasımova 6-8 dekabr 2016-cı iltarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən “Marginal mühitdə gələcək ərzaq və qida təhlükəsizliyi üçün Kinoyanın istifadəsi” adlı Beynəlxalq konfransda iştirak ediblər. Konfrans Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCBA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO) və Zayed Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Dünyanın müxtəlif ölkələrindən 200-dən çox tədqiqatçının iştirak etdiyi konfransda Ə.Məmmədov “Kinoyanın gilli torpaqlarda duzluluq şəraitinə davamlılığı: ilk təcrübə” adlı plenar məruzəilə çıxış edib.
AMEA Botanika İnstitutunun direktoru Validə Əli-zadənin rəhbərlik etdiyi azərbaycanlı nümayəndə heyəti Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCBA) general direktoru Dr. İsmahane Elouafi, İCBA-da elmi tədqiqat və həmin təşkilatın innovasiya şöbəsinin direktoru Dr. Shoaib İsmail və Ölkə Proqramları şöbəsinin direktoru (AsiyaRegionu) və İslam İnkişaf Bankının Ölkə Programları İdarəsi (Ərəb Regionu) müdiri Mr. Mohammad Jamal Al-Saati ilə xüsusi təşkil edilmiş görüşə dəvət olunublar. Görüş zamanı Kür-Araz ovalığında şoran torpaqların fitobərpası, kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəlmiş işlərin genişləndirilməsi üzrə müzakirə aparılıb.