Hörmətli Əhliman müəllim!
Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun əməkdaşları adından Sizi – vətənimizdə, eləcə də onun hüdudlarından kənarda tanınan görkəmli ziyalını, pedaqoq, istedadlı cərrah-onkoloqu, Azərbaycanın, eləcə də bir sıra xarici ölkələrin Elmlər Akademiyalarının həqiqi üzvünü, Azərbaycan Respublikası Milli Məclisinin üzvü və Səhiyyə Komitəsinin sədrini, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibini, gözəl və alicənab şəxsiyyəti 70-illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür arzulayırıq!