Arxiv
Botanika İnstitutunun doktorantı Gürcüstan Aqrar Universitetində təcrübə keçib
04.04.2018

     Botanika İnstitutunun doktorantı Aydan Zeynalova 04-12 mart 2018-ci il tarixlərində Gürcüstan Aqrar Universitetinin “Test Lab” təcrübə laboratoriyasında ezamiyyətdə olub. Ezamiyyət nəzərdə tutulmuş elmi-tədqiqat işlərini yerinə yetirmək və gənc alimin bu sahədə elmi təcrübəsini artırılması məqsədilə təşkil olunub.

     Zeynalova elmi-tədqiqat obyekti olan nar bitkisinin (Punica granatum L.) yarpaq və çiçəklərinin biokimyəvi tərkibini müəyyən etmək məqsədilə müasir beynəlxalq metodlara əsaslanaraq kompleks şəkildə xromatoqrafik və kimyəvi analizlər aparıb. Aparılan analizlər nəticəsində narın çiçəyində 6 antosian, yarpağında isə 11 fenol birləşməsi aşkar olunub. Bunula yanaşı o, “Test Lab” təcrübə laboratoriyasında yüksək effektli maye xromatoqrafın iş prinsipini və kimyəvi analizlərin aparılması qaydalarını öyrənib.