Arxiv
“Azərbaycanın etnobotanikası” kitabı çap edilib
19.04.2018

     AMEA Botanika İnstitutu ilə İİR İslam Azad Universitetinin Dərman Bitkiləri İnstitutunun əməkdaşları tərəfindən hazırlanan  “Folk medicine (Ethnobotany in Azerbaijan Region)” kitabı işıq üzü görüb. Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, b.e.d., professor Səyyarə İbadullayeva, həkim İlhamə Cəfərli, b.ü.f.d. Mohammad Zaefizaeh və əczaçı Seyed Shiva Asbagian Naminin müəllifliyi ilə nəşr olunan kitabda  Azəbaycan Respublikasında və İran İslam Respublikasının şimal-qərb regionunda yaşayan azərbaycanlıların istifadə etdikləri təbii bitki resurslarının etnobioloji əsaslarla  müalicə üsullarından bəhs olunur.

     Hər iki olkənin ərazisində əsrlər boyu yaradılmış etnobotaniki təcrübələri toplayıb elmi nöqteyi-nəzərdən təhlil etməklə yanaşı, hər bir təcrübəni şərh edərək gələcək nəsillərə ötürülməsi, bioloji mübarizə formasında istifadə edilmə prinsipinin işlənib hazırlanması və əldə edilən nəticələri dünya elmi-ictimaiyyətinə çatdırılması məqsədilə yazılan kitab geniş auditoriya üçün nəzərdə tutulub.

     Kitabın elmi redaktorları AMEA Botanika İnstitutunun direktoru,  akademik Validə Əli-zadə və İİR İslam Azad Universitetinin “Dərman bitkiləri İnstitutunun direktoru, Dr. Eshagh Rasoulidir.