Botanika İnstitutunda 2018-ci il Mülki Müdafiə tədbirləri planına əsasən rəhbər heyətin MM məşqi keçirilib.
Tədbiri İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov açaraq fovqəladə hadisələrin nəticələrinin vaxtında aradan qaldırılması məqsədilə keçirilən tədbirlərin vacibliyini vurğulayib.
İnstitutun MM qərargahının rəisi Nazim Xəlilov müəssisənin mülki müdafiə dəstələrinin üzvlərinə Mülkü müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili, fövqəladə hallarda davamlı idarəetmənin təkmilləşdirilməsi və komandir bacarığının artırılması üzrə məşqlər keçib.
Əməkdaşlar təbii fəlakətlər, istehsalat qəzaları və fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar özlərinin yerinə yetirməli olduqları işləri, bu sahədə əldə etdikləri vərdişləri nümayiş etdiriblər.