AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva, Türkiyə və İran alimləriyə birgə ” üç sərhəd rayonlarında “ İğdır (Türkiyə), Naxçıvan (Azərbaycan) və Təbriz (İran) bitkiləri” adlı fəsil təbii ərazilərin bitki resurslarının qiymətləndirilməsi və etnobioloji əsaslarla istifadə üsullarından bəhs olunur.
Hər üç ölkənin ərazisində yayılan bitkilər, o cümlədən əsrlər boyu yaradılmış etnobotaniki təcrübələrin toplanılması və elmi nöqteyi-nəzərdən təhlil etməklə yanaşı, hər bir təcrübəni şərh edərək gələcək nəsillərə ötürülməsi, bioloji mübarizə formasında istifadə edilmə prinsipinin işlənib hazırlanması və əldə edilən nəticələri dünya elmi-ictimaiyyətinə çatdırılması həyata keçirilmişdir. Hər bölgənin faydalı bitkiləri təhlil edilmiş, müştərək istifadə edilən bitkilərin istifadəsinə aid məlumatların ortaq olması qənaətinə gəlinmişdir. Həmmüəlliflər məhşur türkiyəli alimlər, professor Munir Öztürk, Volkan Altay və Ernaz Altundağ, iranlı alimlər Behnaz Aslanpour və Tuba Gönneçdir.