Arxiv
Elmin İnkişafı Fondu 9-cu “Mobillik qrantı” müsabiqəsini elan edib
03.01.2019

     Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 9-cu “Mobillik qrantı” müsabiqəsini elan edib.

     Müsabiqənin məqsədi təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi tədqiqat işləri ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda əldə edilmiş elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanlarının yaradılmasıdır.

      Müsabiqədə iştirak etmək üçün layihələr 2019-cu il yanvarın 7-dən qəbul olunacaq. Layihələrin onlayn qəbulu fevralın 28-nə, çap versiyasının qəbulu isə martın 1-i saat 17.00-dək aparılacaq. Müsabiqəyə yalnız 2019-cu il 1 may - 15 iyun və 1 sentyabr – 30 noyabr tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər sənədlərini təqdim edə bilərlər.

      Müsabiqənin nəticələri 2019-cu ilin mart-aprel aylarında açıqlanacaq.

        Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (http://e-grant.sdf.gov.az/) vasitəsilə təqdim edilə bilər. Bu sistem elektron hökumət prinsipləri əsasında qurulub və “ASAN imza”dan istifadəni nəzərdə tutur.

      Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək məqsədilə məsləhət seminarları keçiriləcək. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində dərc olunacaq.

azertag.az