Arxiv
2018-ci ilin əsas elmi nailiyyətləri açıqlandı
03.01.2019

2018-ci ilin 10 əsas elmi nailiyyəti elektronika, kimya, tibb, biologiya, fizika, robot və süni intellekt sahələrində əldə edilib.

Milli.Az oxu.az-a istinadən ötən ilin əsas elmi nailiyyətlərini təqdim edir:

Ostin Texas Universiteti ilə Pekin Universitetinin tədqiqatçılarının birlikdə hazırladıqları atom qalınlıqda yaddaş kartı 2018-ci ilin ən təsirli nailiyyətləri arasında yer alıb. Cihaza atomister adı verilib.

ABŞ-ın Corc Vaşinqton Universitetinin Kimya mühəndisliyi fakültəsində dosent Kole Deforest dərmanları sağlam hüceyrələrə zərər vermədən xərçəng hüceyrələrinə çatdıran biomaterial hazırlayıb. Alim bildirib ki, dərman vasitəsi proqramlaşdırılıb.

 

     Qalveston Texas Universitetində tibb professor Coan Elizabet Nikols bildirib ki, laboratoriyada yaradılan ağciyəri donuza nəql etməklə onun yaşamasına nail olublar. Süni ağciyərdə iki həftə içərisində qan damarları yaranmağa başlayıb.

     Queensland Uviversitetinin kimya və molekulyar biologiya fakültəsinin alimi Elizabet Gillam dərman sənayesində istifadə edilən kimyəvilərin 450 min illik enzimlərlə çox ucuz qiymətə başa gələ biləcəyini açıqlayıb. Qədim enzimlərin gen düzümünü əldə etdiklərini bildirən alim eyni geni yaradıb bir bakteriyaya yerləşdirdiklərini bəyan edib.

      Yaponiyada Milli Yüksək Elm və Texnologiya Qurumu insan kimi tamamilə müstəqil hərəkət edən və ağır işlər görə bilən "HRP-5P" robotunu təqdim edib. Robot 12 kiloqramlıq gips panelləri bazadan götürərək inşaat divarına bağlamağa nail olub.
İsveçrə alimləri beyindəki neyronları təhlil etmək üçün yeni texnologiya inkişaf etdiriblər.

     Kaliforniya Texnologiya İnstitutunun alimləri NASA və "Honda"nın tədqiqatçıları ilə birlikdə uzunömürlü batereya yaradıblar. Müsbət yüklü bir ion olan litium təməlli batereyaların yerini müsbət yüklü florür təməlli batereyalar tutacaq. Bununla telefonları, noutbukları həftələrlə enerjiyə qoşmadan işlətmək mümkün olacaq.

     Vaşinqton Dövlət Universitetinin türk alimi dos. dr. Arda Sözen qanda şəkəri ölçə bilən geyinilməsi mümkün olan cihazı 3D printerdə istehsal etməyə nail olub.

     Harvard Universitetində şüşə lupalara alternativ olaraq metalupa adlı cihaz hazırlanıb. Bu yolla fərqli istiqamətlərə yayılan işıqları bir nöqtəyə cəmləşdirmək mümkün olacaq.

     "Microsoft Research Asia" adlı araşdırma mərkəzində "SQuAD" adlı oxuma-başa düşmə imtahanını uğurla keçən süni intellektə malik texnologiya inkişaf etdirilib. Cihaz verilən suallara normal insan kimi cavab verə bilir. İmtahan nəticəsində normal insan 82,304 bal aldığı halda, süni intellekt 82,650 bal alıb.