Arxiv
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı elm sahəsi üzrə Gənclər üçün Prezident Mükafatına layiq görülüb
05.02.2019

    Prezidenti İlham Əliyevin "2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" 2019-cu il 1 fevral tarixli Sərəncamına əsasən, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə Gənclər üçün Prezident mükafatları verilib.

     Elm sahəsi üzrə bu mükafata Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov layiq görülüb.

     Mükafat diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.

http://science.gov.az