Arxiv
Biofizika İnstitutu ilə Fizika Problemləri İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
18.02.2019

     AMEA-nın Biofizika İnstitutunda Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Nəzəri fizika şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Niftali Qocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

     Görüşdə məqsəd iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

     Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovqonaqlara rəhbərlik etdiyi müəssisənin tarixi, fəaliyyət istiqamətləri, laboratoriyalarında müasir avadanlıqlarla aparılan tədqiqat işləri və beynəlxalq əlaqələri barədə məlumat verib.

      Sonra N.Qocayev Nəzəri fizika şöbəsində zülal və peptid molekullarının struktur analizi üzrə aparılan tədqiqatlardan söz açıb.

      Görüşün sonunda tərəflər arasında birgə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub.