Arxiv
“Genetik ehtiyatların biomüxtəlifliyinin molekulyar genetik əsasları” mövzusunda seminar keçirilib
02.04.2019

     AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda Elm Günü ilə əlaqədar “Genetik ehtiyatların biomüxtəlifliyinin molekulyar genetik əsasları” mövzusunda elmi-praktiki seminar keçirilib.

     Seminarda AMEA Biologiya və Tibb Elmləri Bölməsinin institutlarından nümayəndələr, eləcə də Azərbaycan Tibb Universitetinin əməkdaşları iştirak ediblər.

      Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açaraq seminarın ölkə başçısının 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə baş tutduğunu bildirib. Həmçinin bu Sərəncamın icrasından irəli gələrək Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 17 yanvar 2019-cu il tarixində Tədbirlər Planı qəbul etdiyini diqqətə çatdırıb.

     Daha sonra institutun bir sıra əməkdaşları müasir molekulyar-genetik metodlarla apardıqları tədqiqat işləri haqqında təqdimatla çıxış ediblər.