Elm Günü çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan magistrantları arasında “Magistr-2019” müsabiqəsi keçirilib. Müsabiqəyə təqdim olunan 35 magistrantın işləri AMEA prezidentinin sərəncamı ilə yaradılan Ekspert Komissiyası tərəfindən qiymətləndirilib.
Qiymətləndirmə bir sıra meyarlar, o cümlədən tələbələrin DİM tərəfindən keçirilən magistraturaya qəbul imtahanında topladıqları balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunan elmi məqalələrini, təcrübə keçmədə iştiraklarını, elmi tədqiqat layihələrində, konfrans və s. tədbirlərdə iştiraklarını nəzərə alınaraq aparılıb.
Botanika İnstitutunun II kurs magistrantı Lalə İsgəndərova “Magistr-2019” müsabiqəsinin nəticələrinə görə I yerə layiq görülüb. Sərəncama əsasən, I yerin qalibinə pul mükafatı və diplom təqdim ediləcək. Qeyd edək ki, Lalə İsgəndərova cari ilin yanvar ayında Berlin Freie Universitetində (Almaniya) Bitkilərin Molekulyar Filogenetikası üzrə təşkil olunan ixtisas kursunda iştirak etmişdir.
Kollektivimiz adından Lalələni təbrik edir, ona davamlı uğurlar arzulayiriq!