Arxiv
Eldar şamının təbii bərpası üzrə monitorinq aparılıb
27.04.2019

     Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., biologiya elmləri doktoru Vahid Fərzəliyevin rəhbərliyi ilə Bağın əməkdaşları Eldar Şamı Dövlət Təbiəti Qoruğunda ekspedisiyada olublar.

      Ekspedisiyanın əsas məqsədi Azərbaycanın nadir bitkilərindən olan eldar şamının təbii bərpasının monitorinqindən  ibarət olmuşdur. Tədqiqatlar zamanı qoruq ərazisində yayılmış dıgər nadir bitkilərin də artım dinamikası üzərində müşahidələr aparılmışdır.