Ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması məqsədi ilə qəbul edilmiş mühüm qərarlardan biri də dövlət başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı olub. Həmin sərəncamda hər il martın 27-sinin Azərbaycanda “Elm günü” kimi qeyd edilməsi qərara alınıb və beləliklə, 2019-cu ildə ilk dəfə olaraq ölkədə “Elm günü” kimi qeyd olunub. Tədbirlər arasında BTEB-in elmi müəssisə və təşkilatlarının bir sıra əməkdaşlarına səmərəli elmi fəaliyyətinə görə bölmənin Fəxri fərmanları təqdim edilib. AMEA Botanika İnstitutunun baş elmi işçisi, əməkdar elm xadimi, k.ü.e.d., professor Siracəddin Sərkərov, Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Naibə Mehtiyeva və Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov Fəxri Fərmanla təltif olunub.