Arxiv
Məktəblilər Botanika İnstitutunu ziyarət ediblər
20.05.2019

Yasamal rayonu 6 saylı məktəbin şagirdləri AMEA Botanika İnstitutunda olublar. Onlar İnstitutun istiqamətləri və aparılan elmi tədqiqat işləri ilə tanış olublar.

Ali bitkilərin sistematikası şöbəsinin elmi işçisi, doktorant Şəhla  Mirzəyeva şagirdlərə Herbari Fondunda saxlanılan dəyərli tip nümunələri, onların saxlanılma şəraiti və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil edilməsi haqqında məlumat verib. Gənc mütəxəssis Xanım Həsənova isə şagirdləri muzeydə nümayiş olunan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və interaktiv xəritə ilə tanış edib, Hirkan meşələrinin on klassik relikt ağac növünün yayılma əraziləri haqqında ətraflı məlumat verib.

Görüş şagirdlər üçün biologiya fənni üzrə qazandıqları biliklərin ümumiləşdirilməsi və dərinləşməsi üçün çox əhəmiyyətli olub.