Arxiv
Azərbaycan Botaniklər Cəmiyyəti Avropa səviyəsində memorandum imzalayıb
19.09.2019

4-7 sentyabr 2019-cu il tarixində İtaliyanın Padua şəhərində keçirilən İtalia Botanika Cəmiyyətinin 114-cü Konqresində iştirak üçün Azərbaycan Botaniklər Cəmiyyətinin sədri, akademik V.M.Əli-zadə xüsusi dəvət olunub.

Konqres zamanı təntənəli şəkildə İtalia Botanika Cəmiyyətin sədri, professor Consolata Siniskalko və Azərbaycan Botaniklər Cəmiyyətinin sədri, akademik V.M.Əli-zadə arasında tarixdə ilk dəfə olaraq əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən cəmiyyətlər müştərək elmi-tədqiqat layihələrinin hazırlanması, üzvlərin mübadiləsi, elmi konfrans, görüşlər və elmi-texniki sərgilərin keçirilməsi, elmi məqalə, məlumat və təcrübə mübadiləsi, elm-təhsil-siyasət platformasında biomüxtəlifliyinin mühafizəsinədə birgə fəaliyyət planlaşdırır. Həmçinin, yaxın gələcəkdə dəyişən təbiətdə bu sahədə yeni çağrış və imkanların birgə müzakirə və istifadəsinə dair görüşlərin keçirilməsi nəzərdə tutulub.