21-25 oktyabr 2019-cu il tarixlərində AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əli-zadə Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən V.İ.Komarov adına Botanika İnstitutunun direktoru, professor Dmitry Geltmanın xüsusi dəvətilə ənənəvi keçirilən “Komarov oxuları”nda iştirak edib. Səfərin məqsədi məhşur alim, akademik Vladimir Komarovun 150-ci illik yubileyinə həsr olunan “Müasir botanikada innovasiya və ənənələr” adlı beynəlxalq konfransda “Azərbaycanda biomüxtəliflik və ekosistem xidmətlərinin qiymətləndirilməsi” mövzusunda plenar məruzə ilə çıxışı və elmi müzakirələrdə iştirakı olub.