Arxiv
Botanika İnstitutunun gənc mütəxəssisləri xaricdə təcrübə keçiblər
25.12.2019

AMEA Botanika İnstitutu ilə Rusiya Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutu arasında elmi əməkdaşlığa dair Razılaşma memorandumu çərçivəsində İnstitutun dissertantı Xatirə Qasımova və doktorant Şəbnəm İsayeva Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən V.L. Komarov adına Botanika İnstitutunda elmi ezamiyyətdə olublar.

Ezamiyyət müddətində gənc tədqiqatçılar Bitkilərin anatomiya və morfologiyası laboratoriyasında yem əhəmiyyətli bitki toxumlarının vegetativ orqanlarının anatomik qruluşunu öyrənib, həmçinin Palinologiya laboratoriyasında isə Azərbaycanın palçıq vulkanı ərazilərindən toplanılmış bitkilərin tozcuqlarında palinoloji tədqiqatlar aparıblar. Səfər zamanı X. Qasımova  “İqlim dəyişikliyi və abiotik stress: müxtəlif yem bitkilərində kök-gövdə əlaqələri (Kür-Araz ovalığı, Azərbaycan)” və Ş. İsayeva isə “Palçıq vulkanlarının florası, bitkiliyi və palinologiyası (Azərbaycan)” mövzusunda təqdimat ediblər.