Arxiv
Duzlu göllərin mövcud vəziyyətinin qlobal qiymətləndirilməsinə Azərbaycan alimlərinin töhfəsi
28.05.2020

BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi”ndə əks olunan Dayanıqlı İnkişaf Məqsədlərindən biri də hər kəsin və hər yerdə həyat keyfiyyətinin və rifahının yaxşılaşdırılması üçün vacib şərt olan yerüstü (quru) və su ekosistemlərinin biomüxtəlifliyinin qorunmasıdır.
Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasəti Platformasının (IPBES) Avropa və Orta Asiya üzrə Regional Qiymətləndirmə qrupunun iştirakçıları tərəfindən, Avropa və Orta Asiyanın duzlu göllərinin ekosistemləri və biomüxtəlifliyinin, keçmiş, cari və gələcək inkişaf meyllərinə dair icmal geniş elmi içtimayyətə təqdim edilib. Öz sahəsində yüksək reytinqli “Daxili Sular” (“Inland Waters”) jurnalında dərc olunmaq üçün qəbul olunan və region üzrə müxtəlif ekspertlərin həmmüəllifi olduqları məqalə məhz belə adlanır :“Overview of past, current and future ecosystem and biodiversity trends of inland saline lakes of Europe and Central Asia”. Duzlu göllərin, o cümlədən Xəzər dənizinin müasir vəziyyətinin və onun ekosisteminə və biomüxtəlifliyinə birbaşa təsirlərinin (iqlim dəyişikliyi, torpaqdan istifadə, çirklənmə, təbii sərvətlərdən həddən artıq istifadə və invaziv növlər) regional və qlobal qiymətləndirilməsi ətraflı təhlil olunmuşdur.
Beynəlxalq müəlliflər qrupu, İPBES-ın expertləri olan Oksana Lipka, BakhtiyorKarimov, Marina Krylenko, Victoria Elias, Isabel Sousa Pinto, Valida Alizade, Yaakov Anker, Alan Feest, Daria Kuznetsova, Andre Mader, Rashad Salimov, Marcus Fisher, Egor Zadereev arasında qiymətləndirilmənin aparılmasında əhəmiyyətli töhfələr vermiş respublikamızın alimlərinin, AMEA-nın Botanika İnstitutunun əməkdaşlarının var olduğunu görmək sevindirici haldır.
Su ehtiyatlarından səmərəli istifadə, biomüxtəlifliyin bərpası və qorunması tədbirləri, ekoloji cəhətdən təmiz kənd təsərrüfatının tətbiqi göstərilən regionda duzlu göllərin ekosistemlərindən dayanıqlı şəkildə idarə olunmasının əsas şərtləridir.