Arxiv
Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
23.10.2020

AMEA Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası Botanika İnstitutunun direktoru, Elmi şuranın sədri, akademik Validə Əlizadə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.  Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə ordumuzun cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatı zamanı qazandığı uğurları qələbə kimi vurğulayib, işğal altında olan şəhər və kəndlərimizin azad olaması münasibəti ilə iştirakçıları təbrik edib, tezliklə bayrağımızın Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda göylərə yüksəldəcəkyinə inadığını söyləyib. Sonra Ermənistan silahlı qüvvələri tərəfindən törətdilən Gəncə terrorunun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyevin AMEA kollektivi adından Ermənistan terroru ilə bağlı dünya birliyinə müraciətini İnstitutun elmi katibi, b.ü.f.d. Xuraman Xəlilova iştirakçıların diqqətinə çatdirib.

İnstitutun direktor müavini, b.ü.e.d, professor E.Novruzov karantin rejimi şəraitində Biologiya və Tibb Elmləri Bölməsindən daxil olan tapşırıqların icrası və İnstitut əməkdaşlarının nüfuzlu jurnallarda çap işləri haqqında məlumat verib.

Təhsil şöbəsinin müdiri, b.ü.e.d. Kəmalə Əsədova İnstitutun magistraturasına qəbulla bağlı elmi şura üzvlərinə məlumat verib.

Sonda İnstitutun dövrü jurnallarının nəşri, magistratura təhsili, struktur dəyişikliyi, əmək intizamı (karantin rejiminin uzadılması və rejimə ciddi riayət və s.) və digər məsələlərin müzakirəsi aparılıb.