Müsahibimiz 2020-ci ildə uğurlu elmi fəaliyyətinə görə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər mükafatı diplomu ilətəltif edilən, Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalovadır.
İlk öncə təbrikiniz və arzularınız üçün Sizə təşəkkürümü bildirirəm. Əlbəttə ki, yüksək etimada və mükafata layiq görüldüyüm üçün özümü çox xoşbəxt hiss edirəm. Əldə etdiyim bu nailiyyət şübhəsiz ki, təkbaşına qazanılmamışdır. Elmi fəaliyyətimdə AMEA rəhbərliyi başda olmaqla Botanika İnstitutunun direktoru akademik Validə Əli-zadəyə vəfəlsəfə doktoruhazırlığım üzrə elmi rəhbərim b.e.d., professor Eldar Novruzova minnətdaram.Eyni zamanda bütün bunlara nail olmaq üçün ailəm də mənə hər zaman dəstək olmuşdur.
Düşünürəm ki, hər bir insan öz sahəsində peşakar olmaq istəyirsə, ilk növbədə bu sahəni sevməlidir.Məktəb illərindən biologiya fənninə olan marağım gələcək həyatımda hansı ixtisasa yiyələnməyimi artıq müəyyən etmişdi. Bunun nəticəsi olaraq mən 2009-cu ildə BDU-nun biologiya fakültəsinin bakalavr pilləsinə, 2013-ci ildəisə magistratura pilləsinə qəbul oldum və 2015-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdim. Elə həmin ildə də AMEA Botanika İnstitutunda əmək fəaliyyətinə başladım. Çalışdığım müddət ərzində İnstitutda mövcüd olan elmi mühit təhsilimi doktorantura pilləsində davam etdirməyim üçün səbəb oldu. Beləliklə də mən artıq həm öz sevdiyim sahədə təhsil almağa, həm də işləməyə başlamış oldum.Artıq doktorantura üzrə təhsilimi başa vurmuşam və İnstitutun “Bitki ehtiyatları” şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıram. Şöbənin əməkdaşları ilə birlikdə faydalı bitkilərin axtarılması və təftişi, ehtiyatının, kimyəvi tərkibinin, bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və səmərəli istifadə texnologiyalarının hazırlanması istiqamətində aparılan tədqiqatlarda iştirakedirəm.
Mənim üçün çox sevindirici haldır ki, ölkəmizdə, xüsusən də Azərbaycan Milli Elmlər Akademiyasında istedadlı gənclərə göstərilən qayğı və diqqətin nəticəsi olaraq məndə minlərlə gəncdən biri kimi xaricdə təcrübə keçmək imkanı əldə etdim. İtaliya Milli Tədqiqat ŞurasınınDavamlı Bitki Mühafizə İnstitutunun əməkdaşı, öz sahəsində tanınmış alim, professor Biankaelena Masertinin rəhbərliyi altında İnstitutun laboratoriyalarında müasir spektral və xromatoqrafik metodlarla bitkilərin kimyəvi tərkibinin və bioloji aktivliyinin tədqiqisahəsində təcrübə qazandım.Zəngin elmi-texniki bazanın mövcud olduğu bu institutdakıçalışmalarım dissertasiya işimin tədqiqat obyekti olan nar bitkisinin müxtəlif orqanlarından alınan çıxarışların antioksidant aktivliyinin spektrofotometrik üsulla öyrənilməsinə, yüksək maye xromatoqraf istifadə etməklə isə çıxarışların tərkibindəki bioloji fəal maddələrin keyfiyyət və kəmiyyət tərkiblərinin müəyyənləşdirilməsinə imkan verdi. Müştərək tədqiqatlar çərçivəsində alınan elmi nəticələrimiznüfuzlu yerli və beynəlxalq jurnallarda nəşr olunmuşdur.
Əldə olunan təcrübəni bitki xemotaksonomiyası üzrə təkmilləşdirməyi planlaşdırıram. Bu, bitkilərdə geniş yayılan və fizioloji aktivliyə malik olan bioloji fəal maddələrin öyrənilməsi, onlardan xemotaksonomik marker kimi istifadə olunmasıbaxımından taksonomiyada mövcud olan bir çox qeyri-müəyyənliklərin dəqiqləşdirilməsinə kömək edə bilər.Eləcə də gələcək tədqiqatlarımda yabanı bitkilərinkimyəvi tərkibi, ehtiyatı və bioloji aktivliyinin tədqiqi sahələrində əldə olunacaq nəticələrin CİS (Coğrafi İnformasiya Sistemləri) texnologiyalarının tətbiqi ilə müxtəlif ərazilərdə yayılanxammalın dəyərini qiymətləndirmək və sonradan onun tədarükü və introduksiyasıüçün həm yüksək ehtiyata, həm də zəngin kimyəvi tərkibə malik xammalın yerləşmə punktlarını vizuallaşdırmaq məqsədilə xəritələşdirilməsiniaparmağı nəzərdə tutmuşam.
Hal-hazırda çalışdığım AMEA Botanika İnstitutunun əməkdaşları içərisində kifayət qədər gənc alim və mütəxəssislər vardır. Bu, heç də təsadüfi deyildir. Belə ki, həm AMEA rəhbərliyi, həm də İnstitut rəhbərliyi tərəfindən gənc tədqiqatçıların məqsədyönlü şəkildə İnstitutun elmi və ictimai həyatında fəal iştirakı üçün münbit şərait yaradılmışdır. İl ərzində yerli floranın tədqiqi məqsədilə respublikamızın müxtəlif bölgələrinə ekspedisiyaların təşkili, toplanmış materialların laboratoriya şəraitində tədqiqi,gənc tədqiqatçıların mütəmadi olaraq ixtisas artırma kurslarına cəlb olunmaları vəeləcə də onların ölkə daxili və onun hüdudları xaricindəki aparıcı elmi mərkəzlərəezam edilmələri vəs.həmin şəraitingöstəriciləridir. Eyni zamanda İnstitutun əməkdaşları tərəfindən il ərzində ölkə xaricində və daxilində elan olunan qrant müsabiqələrinə çoxsaylı layihələr təqdim olunur və qalib layihələr siyahısına daxil olur. Sözsüz ki, İnstitut tərəfindən təqdim olunan belə layihələrdə gənc mütəxəssislərdə iştirak edirlər və buda onların gələcəkdə bir alim kimi formalaşmasında xüsusi rol oynayır. Mən özümdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 2015-ci ildə keçirilən müsabiqədə qalib olmuş layihənin icraçılarından biri olmuşam. Bununla bərabər belə əməli tədbirlər gənc alimlər üçün əlavə motivasiyadır və onların maddi vəziyyətlərinin yaxşılaşması üçün də bir dəstəkdir.Bütün qeyd olunanlarla birlikdə düşünürəm ki, müvafiq fəaliyyət sahəsində öz sözünü demiş dəyərli alimlərlə ünsiyyətdə olmaq, onların təcrübəsindən faydalanmaqhər bir gənc alim üçün ən böyük şans və sərvətdir.
http://science.az/