Arxiv
AMEA Botanika İnstitutunda Elm gününə həsr olunan tədbir keçirilib
31.03.2021

AMEA Botanika İnstitutunda “Elm günü” çərçivəsində  “Botanika elminin aktual problemləri” mövzusunda  onlayn seminar keçirilib. Tədbirdə çıxış edən İnstitutun direktoru, akademik Validə Əlizadə tədbir iştirakçılarını əlamətdar və tarixi gün münasibətilə təbrik edib. V.Əlizadə ölkə başçısı cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm gününün təsis edilməsi və Azərbaycanda elmə verilən yüksək dəyəri diqqətə çatdırıb, Botanika institutunda aparılan müasir elmi-tədqiqatların əhəmiyyəti barədə məlumat verib, bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi istiqamətində strateji əhəmiyyətli tədqiqatların aparılması, ümumiyyətlə, botanika elminin inkişafında innovativ fəaliyyətin vacibliyini vurğulayıb.

Sonra İnstitutun elmi işlər üzrə direktor müavini, professor Eldar Novruzov “Qarabağın bitki ehtiyatları və onların istifadə perspektivliyi”, b.e.d. Dilzarə Ağayeva “Göbələk patogenləri, invaziyalar və biotəhlükəsizlik”, b.ü.e.d. Pərvanə Qaraxani “Qarabağ florasının tədqiqi”, b.ü.f.d. Rəşad Səlimov “Müasir Azərbaycan elektron florasının inkişafı” mövzularında cıxış ediblər. Məruzələrin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb, o cümlədən Qarabağ ərazisində floranın tədqiqi üzrə aparılacaq bir sıra tədqiqat məsələləri barədə fikirlərini bölüşüblər.