AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə 20-21 may 2021-ci il tarixlərində “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda onlayn konfrans keçiriləcək.
Konfransda aşağıdakı istiqamətlər ətrafında müzakirələr aparılacaq:
- Qarabağın flora və fauna müxtəlifliyi: işğaldan əvvəlki və mövcud vəziyyəti;
- Qarabağın dərman bitkiləri;
- İşğaldan azad edilmiş ərazilərin meşə və otlaq ekosistemləri;
- Qarabağın qırmızı siyahıları, introduksiya və reintroduksiya məsələləri;
- Qarabağ zonasının qorunan əraziləri, mövcud vəziyyət və perspektivlər;
- Qarabağın mikrobioloji müxtəlifliyi;
- Qarabağın ekosistemləri antropogen amillərin və iqlim dəyişikliklərinin təsiri altında;
- Qarabağın biomüxtəlifliyinin bərpa, mühafizə və səmərəli istifadə məsələləri;
- Qarabağın biomüxtəlifliyinin bərpa və istifadəsinə biotexnoloji yanaşmalar;
- Qarabağın torpaq ehtiyatları, bərpa və yaxşılaşdırma problemləri;
- Qarabağın su ehtiyatları, tədqiqi, bərpası və səmərəli istifadəsi;
- İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpa və inkişafı;
- Qarabağ zonasının genetik ehtiyatları və ərzaq təhlükəsizliyi;
- İşğaldan azad edilmiş ərazilərdə aqvamüxtəliflik və aqvakulturanın inkişafı;
- Qarabağ əhalisinin herantoloji tədqiqi;
- İşğaldan azad edilmiş ərazilərdə biotəhlükəsizlik məsələləri;
- Ekoturizm və biomüxtəliflik;
- Yaşıl iqtisadiyyat.
Konfransda çıxış etmək istəyənlər tezislərini may ayının 5-nə kimi [email protected] elektron ünvanına göndərməlidirlər.
Məktubun mövzu yerində “QARABAĞ – konfrans” sözlərinin yazılması tələb olunur. Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoymaqla), sətirlərarası 1 qoymaqla, 1 səhifə həcmində olmalıdır.
Ortadan böyük hərflərlə BOLD (qara) şriftlə məqalənin adı, növbəti sətirdə ortadan adi şriftlə məqalənin müəlliflərinin adları və soyadları, növbəti sətirdən hər müəllifin iş yeri, korrespondent müəllifin e-mail ünvanı verilir. Bir sətir buraxıldıqdan sonra abzasdan adi şriftlə əsas mətn başlanır.
Konfrans materialları elektron formada nəşr ediləcək.
Tel.: (+994 50) 463 63 27, (+994 50) 338 15 71