AMEA Botanika İnstitutu tərəfindən Qırmızı kitabın 3-cü nəşrinə dair məlumatların toplanması çərçivəsində çoxsaylı ekspedisiyalar həyata keçirilib. Bu məqsədlə İnstitutun Ekosistemlərin fitososiologiyası laboratoriyasının əmkdaşlarının iştirakı ilə Lənkaran və Lerik rayonlarında çöl-tədqiqat işləri aparlıb.
Tədqiqatların məqsədi Lənkaran və Lerik rayonlarında nadir və itmə təhlükəsində olan növlərin monitorinqinin aparılması olub. Aparılan işlər zamanı bu növlərin yayılması, fenologiyası, fitosenotik xüsuyyətləri və senopopulyasiyalarının muasir vəziyyəti tədqiq olunub. Nəticədə 15 nadir növün (Orchis fraqrans, Crocus caspicus, Scutelleria grossheymii, İris grossheymii, İris lycotis və s.) yayıldığı yerlər dəqiqləşdirilib, GPS koordinatları qeydə alınıb, sınaq meydançalarında müxtəlif yaşlarda olan fərdlərin sayı hesablanıb və onlara təsir edən faktorlar müəyyən edilib. Tədqiqatlar göstərib ki, bu rayonlarda rast gəlinən nadir növlər antropogen təsirlərə (infrastrukturun genişlənməsi, malqaranın otarılması) məruz qalır. Endem, eləcə də dərman və dekorativ xüsusiyyətlərinə görə tədqiq olunan növlərin Azərbaycanın Qırmızı kitabının 3-cü nəşrinə salınması tövsiyə olunur.